"Zirə" legioneri ilə müqavilənin müddətini uzatdı

12:57 18 Avqust 2022

"Zirə" Dimitrios Çantakiasla müqavilənin müddətini artırıb.

Sportarena.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 27 yaşlı futbolçu ilə yeni 2 illik sözləşmə imzalanıb. Yunanıstanlı müdafiəçi ilə müqavilənin müddəti 2024-cü ilin may ayının sonuna qədər nəzərdə tutulub.

Çantakias 2020-ci ildən "Zirə"də oynayır. O, son mövsümdə "qartallar"ın heyətində meydana çıxdığı 28 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb. 


Digər xəbərlər

Xəbər xətti