"Şamaxı"nın kapitanı 9-cu oldu

13:55 22 Avqust 2022

Elvin Məmmədov Azərbaycan çempionatlarında 350-ci oyununu keçirib.

Sportarena.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, “Şamaxı”nın kapitanının yubileyi Misli Premyer Liqasının III turuna təsadüf edib.

“Səbail”lə ev matçı 34 yaşlı yarımmüdafiəçinin 350-ci görüşü olub. Elvin ölkə çempionatları tarixində 350 və daha çox oyuna çıxan 9-cu futbolçu olub. 2003/04 mövsümündə “Turan”ın heyətində debüt edən Məmmədov indiyədək 25 qola imza atıb.

O, Premyer Liqada 7 klubun formasını geyinib. Yarımmüdafiəçi “Bakı”da 73 (3 qol), “Qarabağ”da 70 (3 qol), “Şamaxı”da 54 (7 qol), “Zirə”də 49 (5 qol), “Turan”da 49 (3 qol), “Sumqayıt”da 44 (2 qol) və “Qəbələ”də 11 (2 qol) matç keçirib.

​Qeyd edək ki, “Şamaxı” – “Səbail” qarşılaşması 1:1 hesabı ilə başa çatıb.


Digər xəbərlər

Xəbər xətti