"Qarabağ" afrikalı forvard gətirir? - SON DURUM

12:24 23 Avqust 2022

"Qarabağ" bu gün Çempionlar Liqasının pley-off mərhələsinin cavab qarşılaşması üçün Çexiyada "Viktoriya" ilə qarşılaşacaq.

Sportarena.az xəbər verir ki, Ağdam təmsilçisi heyətini legioner forvardla gücləndirə bilər.

"Moldfootball.com"un iddiasına görə, Ağdam təmsilçisi “Şerif”in hücumçusu Momo Yansaneni heyətinə qata bilər. Moldovalılar "Qarabağ"ın Qvineya millisinin forvardını bir illik icarəyə götürmək istədiyini iddia edib.

“Hatayspor” və “Nijni Novqorod”un da transfer siyahısında yer almış afrikalı sonda Tiraspol klubunda qalası olmuşdu.

​Qvineya millisinin forvardı “Rabat”, “İsloç”, “Nijni Novqorod” klublarında oynaylb. 


Xəbər xətti