“Qarabağ”la “Liv Bona Dea Hospital” arasında müqavilə imzalandı

15:00 24 Avqust 2022

“Qarabağ” yeni sponsorluq müqaviləsi imzalayıb.

Sportarena.az xəbər verir ki, tədbir yeni sponsor “Liv Bona Dea Hospital”ın konfrans zalında keçirilib.

"Liv Bona Dea Hospital” “Qarabağ”la əməkdaşlığa başlayıb.

Mərasimində "Qarabağ"ın direktoru Əmrah Çəlikəl, marketinq meneceri Yusif Cəfərov və hospitalın baş direktoru Taner Özbek iştirak edib.

Müqaviləyə əsasən "Liv Bona Dea Hospital" “Qarabağ”ın əsas, əvəzedici və akademiyanın tərkibində olan komandalarına tibbi xidmət göstərəcək. 


Xəbər xətti