"Hər 3 xal bizim üçün çox vacibdir" - Ayxan Abbasov

23:09 3 Sentyabr 2022

"Turan Tovuz"un baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 5-ci turunda "Şamaxı"ya qalib gəldikləri matç (1:0) barədə fikirlərini bölüşüb. 

O, oyundan sonra təşkil olunan mətbuat konfransına vacib qələbə qazandıqlarını deyib:

"Çətin səfərə gəlmişdik. "Şamaxı" evdə keçirdiyi hər iki oyunda əzmkar oyun göstərmişdi. Xal da qazanmışdılar. Bu gün də gərgin mübarizə şəraitində bir oyun izlədik. Havanın isti olması da oyunun tempinə mane olurdu. Futbolçularıma da bildirmişdim ki, bu oyunda kim səbrli olsa o da, qalib gələcək. Epizodlara girə bilirdik. Sevindirici hal oldu ki, Runi qələbə topunu vura bildi. Hücumçunun qol vurması özünə olan inamını daha da artırır. Hər 3 xal bizim üçün çox vacibdir. Azarkeşlərimizə təşəkkür edirəm. Hər zaman bizim yanımızdadırlar. Həqiqətən tempin düşdüyü məqamlarda komandaya ruh verdilər".​ 


Digər xəbərlər

Xəbər xətti