"Qəbələ"nin gənc futbolçusu əməliyyat olundu

10:29 7 Sentyabr 2022

“Qəbələ”nin futbolçusu Okan Təhməzli əməliyyat olunub.

Sportarena.az xəbər verir ki, oyunçunun əməliyyatı (sağ bayır topuğunun bitişmiş sınığından dəmir lövhənin çıxarılması) uğurla tamamlanıb. Bu barədə kllubun mətbuat xidəmti məlumat yayıb.

Okan “Qəbələ”nin U-19 komandasının üzvüdür.

"Qəbələ"də bundan əvvəl çarpaz bağları qopan əsas komandanın müdafiəçisi Rüfət Əhmədov əməliyyat olunmuşdu. 


Digər xəbərlər

Xəbər xətti