"Leyptsiq" məşqçilər heyətini istefaya göndərdi

14:45 7 Sentyabr 2022

"Leyptsiq" ötən gün Çempionlar Liqasının qrup mərhələsində evdə "Şaxtyor"a uduzmaqlarının (1:4) ardınan baş məşqçisi Dominika Tedesko ilə yollarını ayırıb.

Sportarena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 36 yaşlı mütəxəssislə birlikdə onun köməkçiləri Andreas Hinkel və Maks Urvançiki də "Leyptsiq"dən göndəriliblər. 

Qeyd edək ki, Tedesko 2021-ci ilin dekabrından Almaniya klubunu çalışdırırdı. 


Digər xəbərlər

Xəbər xətti