Qəbələdə 43-cü duel

19:33 15 Sentyabr 2022

Bu həftə Misli Premyer Liqasında VII turun matçları keçiriləcək.

Sportarena.az xəbər verir ki, ikinci oyun günündə meydana çıxacaq “Qəbələ” “Sumqayıt”la üz-üzə gələcək. Qəbələ şəhər stadionunda baş tutacaq qarşılaşma iki rəqib arasında 43-cü duel olacaq.

Komandalar indiyədək 42 dəfə qarşılaşıb. “Qırmızı-qaralar” əvvəlki matçlarda üstünlüyə malikdir. Hesabında 24 qələbə olan “Qəbələ” 13 bərabərlik edib və 5 dəfə məğlub olub. Rəqib qapısından 66 top keçirən "qırmızı-qaralar" 30 qol buraxıb. “Sumqayıt”ın qapısına Viktor Mendi hamıdan çox – 7 top vurub.

Premyer Liqa çərçivəsində baş tutan 39 görüşdə 22 dəfə üç xal qazanan “Qəbələ” 12 sülhə imza atıb. 5 matçda isə “Sumqayıt” qalib gəlib. Çempionat oyunlarındakı top fərqi 63-29-dur.

22-ci dəfə öz meydanında “Sumqayıt”ı sınağa çəkəcək "Qəbələ" evdə 14 qələbə qazanıb, 6 heç-heçə edib və 1 dəfə məğlub olub. Öz meydanında 37 top vuran əyalət təmsilçisi 13 qol buraxıb..

Sentyabrın 17-də Qəbələ şəhər stadionundakı görüş saat 19:00-da başlayacaq. 


Digər xəbərlər

Xəbər xətti