Lionel Messi Ronaldonu geridə qoydu

11:12 19 Sentyabr 2022

PSJ-nin futbolçusu Lionel Messi penaltilər istisna olmaqla 672-ci qolunu vurub.

35 yaşlı hücumçu buna Liqa 1-in 8-ci turunda "Lion"la matçda (1:0) fərqlənib. Nəticədə Messi penaltilər istisna olmaqla vurduğu qol sayına görə hazırda "Mançester Yunayted"də çıxış edən Kriştiano Ronaldonu geridə qoyub (671 matç). 

Qeyd edək ki, Messi 2021-ci ilin yayından PSJ-də oynayır. Onun klubla müqaviləsi 2023-cü ilə qədərdir və daha bir mövsüm uzadılması mümkündür. Bu mövsüm argentinalı forvard PSJ-nin heyətində bütün turnirlərdə 10 oyunda 5 qol vurub və 7 qolun ötürməsini verib. 


Digər xəbərlər

Xəbər xətti