İlin ən çox qazanan futbolçuları açıqlandı - Siyahıya Mbappe başçılıq edir

Sportarena.az      20 Sentyabr 2022 , 09:15

2022-ci ildə ən çox pul qazanan futbolçuların adları açıqlanıb.

Siyahıya Fransa millisinin və PSJ-nin hücumçusu Kilian Mbappe başçılıq edir. 24 yaşlı forvardın gəliri 125 milyon ABŞ dollarıdır.

İkinci sırada İngiltərənin "Mançester Yunayted" klubunun oyunçusu Kriştianu Ronaldu qərarlaşıb. Portuqaliyalı hücumçunun qazancı 113 milyon avro təşkil edir.

İlk "3-lüy"ü PSJ-dən Lionel Messi tamamlayır - 110 milyon dollar.

Siyahıda ilk "10-luq" aşağıdakı kimidir:

1. Kilian Mbappe (PSJ, Fransa) - 125 milyon dollar

2. Kriştianu Ronaldu ("Mançester Yunayted", İngiltərə) - 113 milyon dollar

3. Lionel Messi ("Barselona", İspaniya) - 110 milyon dollar

4. Neymar (PSJ) - 91 milyon dollar

5. Məhəmməd Salah ("Liverpul", İngiltərə) - 39,5 milyon dollar

6. Eden Azar ("Real Madrid", İspaniya) - 31,3 milyon dollar

7. Andres İnyesta ("Vissel Kobe", Yaponiya) - 30 milyon dollar

8. Rahim Sterlinq ("Mançester Siti", İngiltərə) - 29,4 milyon dollar

9. Kevin De Brüyne ("Mançester Siti") - 29 milyon dollar

10. Antuan Qrizmann ("Atletiko" Madrid, İspaniya) - 27,5 milyon dollar 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin