Mövsümün ilk "El-Klassiko"sunun başlama saatı dəqiqləşdi

10:57 27 Sentyabr 2022

2022/2023 mövsümündə ilk "El-Klassiko"nun başlama saatı dəqiqləşib.

Sportarena.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, İspaniya Primerosunun 9-cu turunda keçiriləcək görüş oktyabrın 16-da Bakı vaxtı ilə 18:15-də start götürəcək.

Görüş "Santyaqo Bernabeu" stadionunda oynanılacaq.

İspaniya çempionatının 6 turundan sonra "Real" 18 xalla liderdi, "Barselona" isə 16 xalla ikinci pillədədi.  


Xəbər xətti