“Neftçi”nin baş məşqçisi Rumıniya yığmasında?

12:02 27 Sentyabr 2022

Hazırda “Neftçi”yə rəhbərlik edən Laurentsiu Regekampf Rumıniya millisinin baş məşqçisi ola bilər. 47 yaşlı mütəxəssis Rumıniya Futbol Federasiyasının prezidenti Razvan Burleanunun namizədləri siyahısındadır.
 
Bu barədə Rumıniya mətbuatı məlumat yayıb. Xəbərdə bildirilir ki, yığmanın hazırkı baş məşqçisi Edvard İordanesku istefaya göndərilsə, komanda 5 mütəxəssisdən birinə tapşırılacaq. Regekampfla yanaşı, George Haci, Viktor Pitsurka, Kosmin Oleroyu və Dan Petresku da bu posta namizəddir.
 
Mövsümün əvvəlində "Neftçi" ilə müqavilə imzalayan Laurentsiu Regekampfın klubla müqaviləsi 2024-cü ilin yayınadək nəzərdə tutulub.
 
Rumıniya yığması UEFA Millətlər Liqasının qrup mərhələsini sonuncu yerdə başa vuraraq B liqasına düşüb. 


Digər xəbərlər

Xəbər xətti