"Olimpiakos" "Qarabağ"la matçda gənc qolkiperə etibar edəcək

16:36 27 Sentyabr 2022

Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Olimpiakos" əsas heyətin qapıçısını dəyişəcək.

Sportarena.az Yunanıstan mətbuatına istinadən xəbər verir ki, Yunanıstan klubunun çalışdırıcısı Miçel Tomaş Vaçlikin çıxışından narazıdı.

İspaniyalı mütəxəssis onu 19 yaşlı qolkiper Kostas Tsolakislə əvəzləyəcək.

Tsolakis Yunanıstan çempionatının növbəti turunun "Atromitos", avrokuboklardakı "Qarabağ"a qarşı matçda meydana çıxacaq. 

"Olimpiakos" - "Qarabağ" görüşü oktyabrın 6-da keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. 


Xəbər xətti