"Qarabağ"ın rəqibi qapıçı transfer etdi

21:00 29 Sentyabr 2022

Avropa Liqasının G qrupunda "Qarabağ"ın rəqiblərindən olan "Olimpiakos" daha bir transferi həyata keçirib.

Sportarena.az xəbər verir ki, Pirey təmsilçisi Aleksandros Paşalakislə anlaşıb. Lakin sözləşmənin detalları açıqlanmayıb.

33 yaşlı qapıçı "Levadiakos", "Pantrakikos", "PAS Giannina", PAOK klublarının qapısını qoruyub.


Xəbər xətti