I Divizion: “Araz Naxçıvan” qələbə qazandı, "Qəbələ" uduzdu

Sportarena.az      5 Oktyabr 2022 , 18:00

Futbol üzrə Azərbaycan I Divizionunda 6-cı tura yekun vurulub. Sportarena.az xəbər verir ki, sonuncu oyun günündə daha dörd qarşılaşma baş tutub.

Lider “Araz Naxçıvan” səfərdə “Zirə”nin əvəzedicilərini tək qolla yenib. “Mingəçevir” isə “Kəpəz”in ikinci komandasına oxşar hesabla uduzub. MOİK də “Sumqayıt”ın əvəzedicilərinə məğlub olub. “Turan Tovuz”la “Qəbələ”nin əvəzedici komandalarının görüşü isə Tovuz təmsilçisinin inamlı qələbəsiylə bitib.

I Divizion
6-cı tur
5 oktyabr

Zirə-2 – Araz Naxçıvan 0:1
Qol: Orxan Əliyev, 14.
Hakimlər: Kamranbəy Rəhimov, Zöhrab Abbasov, Orxan İbişov, Fəridə Lütfəliyeva
“ASK Arena”, 13:00

Kəpəz-2 – Mingəçevir 1:0
Qol: Rauf Əliyev, 45+1.
Hakimlər: Əli Əliyev, Asif Abdullayev, Rasim Axundov, İslam Məmmədov
Gəncə şəhər stadionu (ehtiyat meydança), 15:00

MOİK – Sumqayıt-2 1:3
Qol: Fərmayıl Əliyev, 12 – Cavid Quliyev, 59; 78-pen. Nihad Əhmədzadə, 90+2.
Hakimlər: Cavid Cəlilov, Kərim Zeynalov, Şirmamed Mamedov, Şamil İmanzadə
Binə qəsəbə stadionu, 15:00

Turan Tovuz-2 – Qəbələ-2 2:0
Qol: Rəşad Əliyev, 71. Akif Tağıyev, 90+2.
Hakimlər: Emin Əliyev, Asiman Əzizli, Zakir Şükürzadə, İrşad Aydınov
Tovuz şəhər stadionu, 15:00

Turun digər oyunları:

Qarabağ-2 – Neftçi-2 0:1
Şamaxı-2 – Qaradağ Lökbatan 0:0
İmişli – Səbail-2 2:3 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin