Üç cüdoçumuz dünya çempionatını medalsız başa vurdu

14:53 7 Oktyabr 2022

Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən cüdo üzrə dünya çempionatı davam edir.

 

Sportarena.az xəbər verir ki, ikinci gün də Azərbaycan cüdoçuları üçün uğursuz keçib. Orxan Səfərov (66 kq) 1/16 final mərhələsində Freddi Vayzeneggerə (Fransa) qalib gəlsə də, növbəti raundda Boqdan İadova (Ukrayna) məğlub olub.

 

66 kq çəki dərəcəsində çıxış edən Yaşar Nəcəfov 1/32 finalda Miad Nosratini (Qaçqın komandası) mübarizədən kənarlaşdırıb. Nəcəfov növbəti görüşdə Adrian Çinarronun (İspaniya) müqavimətini qıra bilməyib. 

 

Qadınların yarışında 52 kq-dakı Gültac Məmmədəliyeva 1/32 finalda Binta Ndiayeyə (İsveçrə) yenilib. 

 

Qeyd edək ki, Azərbaycan yığma komandası turnirdə 11 idmançı ilə təmsil olunur. Dünya çempionatı 13 oktyabra qədər davam edəcək. 


Digər xəbərlər

Xəbər xətti