Rusiyalı futbolçu həbs edildi

01:51 11 Oktyabr 2022

Rusiyanın "Rubin", "Arsenal"(Tula) və "Mordoviya" klublarındakı çıxışı ilə tanınan Ruslan Muxametşin həbs edilib.

Sportarena.az "Столица С" portalına istinadən xəbər verir ki, son vaxtlar məşqçilik fəaliyyəti ilə məşğul olan Muxametşin qanunsuz qumar oyunlarının təşkilinə görə 1,5 il müddətinə azadlıqdan məhrum edilib.

İstintaq müəyyən edib ki, veteran futbolçu 3 şəriki ilə birlikdə 2017-ci ilin noyabrından 2020-ci ilədək Kovılkine və Saransk şəhərlərində icarəyə götürülmüş qeyri-yaşayış binasında qanunsuz qumar oyunları həyata keçirib. 

Muxametşin son olaraq "Everest" klubunu çalışdırırdı. 


Xəbər xətti