"Qarabağ"ın rəqibi baş məşqçisini istefaya göndərə bilər

13:25 15 Oktyabr 2022

Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqiblərindən olan "Nant"da baş məşqçi dəyişikliyi baş verə bilər.

Sportarena.az Fransa mətbuatına istinadən xəbər verir ki, klub rəhbərliyi Antuan Kambuareni baş məşqçi postundan göndərmək niyyətindədi.
 

Buna səbəb isə komandanın uğursuz çıxışlarıdı. Fransa çempionatının növbəti turunda "Brest"lə qarşılaşacaq "Nant" məğlub olacağı təqdirdə 59 yaşlı mütəxəssis istefaya göndəriləcək.

"Nant" daxili və avrokubok oyunları olmaqla son 7 görüşdə qalib gələ bilməyib.

“Nant” və “Qarabağ” klubları arasında keçiriləcək matç oktyabrın 27-də Fransada keçiriləcək.  


Digər xəbərlər

Xəbər xətti