"Bavariya"da ciddi itki

15:45 17 Oktyabr 2022

Almaniyanın "Bavariya" klubunun heyətində ciddi itki baş verib.

 

Sportarena.az xəbər verir ki, Münhen təmsilçisinin yarımmüdafiəçisi Leroy Sane sıradan çıxıb.

 

26 yaşlı futbolçu Bundesliqanın 10-cu turunun "Frayburq"la matçında zədələnib. Bud nahiyəsindən xəsarət alan Almaniya millisinin üzvünün yaşıl meydanlara qayıdışı müalicə prosesindən asılı olacaq.

 

Qeyd edək ki, Leroy Sane "Bavariya"nın "Frayburq"u 5:0 hesabı ilə məğlub etdiyi qarşılaşmada komandasının üçüncü qolunun müəllifi olub. 


Xəbər xətti