İtaliya çempionatı: "Roma"dan minimal hesablı qələbə, "Fiorentina" xal itirdi

10:26 18 Oktyabr 2022

İtaliya A Seriyasında 10-cu tura yekun vurulub. Sportarena.az xəbər verir ki, daha 2 qarşılaşma baş tutub.

“Roma” səfərdə “Sampdoriya”nı minimal hesabla üstələyib. “Leççe” – “Fiorentina” matçında isə qalib müəyyənləşməyib - 1:1.

10 turdan sonra 26 xala malik “Napoli” vahid liderdir. 24 xalı olan “Atalanta” ikinci, 23 xal toplamış “Milan” isə üçüncüdür. “Roma” 22 xalla dördüncü, “Latsio” 21 xalla beşinci pillədə qərarlaşıb. “İnter” 18 xalla yeddinci, “Yuventus” 16 xalla səkkizincidir. 


Xəbər xətti