I Divizion: "Kəpəz" və "Neftçi" qələbə qazandı

21:42 18 Oktyabr 2022

Azərbaycan I Divizionunda 8-ci tura start verilib. Sportarena.az xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma baş tutub.

“İmişli” “Zaqatala” ilə ev oyunundan inamlı qələbə ilə ayrılıb. Əvvəlki bütün oyunlarında uduzmuş bu komanda ilk dəfə 3 xala sevinib. “Kəpəz”lə “Səbail”in əvəzedici komandalarının oyunlarında da meydan sahibləri qələbə qazanıblar. “Neftçi”nin əvəzediciləri isə səfərdə “Şamaxı”nın ikinci komandasını 3 cavabsız qolla məğlub edib. “Qaradağ Lökbatan” da “Sumqayıt”ın əvəzediciləri ilə dueldən heç-heçə ilə ayrılıb.

I Divizion
8-ci tur
18 oktyabr

İmişli – Zaqatala 3:1
Qol: Elariz Xəlilli, 40; 70. Elnur Səmədov, 89 – Cəlal Cəbrayılov, 85.
Hakimlər: Əkbər Əhmədov, Asiman Əzizli, Elmin Süleymanov, Əli Əliyev
Saatlı OİK stadionu, 14:30

Şamaxı-2 – Neftçi-2 0:3
Qol: Həbib İsmayılov, 20; 90+5. İbrahimov Novruzov, 90+5.
Hakimlər: Kamranbəy Rəhimov, Zöhrab Abbasov, Orxan İbişov, Elvin Bayramov
Şamaxı şəhər stadionu, 14:30

Kəpəz-2 – Səbail-2 3:1
Qol: Nicat Verdiyev, 82. Əli Səmədov, 90+2 – Elvin Valiyev, 74.
Hakimlər: Emin Əliyev, Rasim Axundov, Anar Bədəlov, İslam Məmmədov
Gəncə şəhər stadionu (ehtiyat meydança), 14:30

Qaradağ Lökbatan – Sumqayıt-2 0:0
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Sevda Nuriyeva, Səbuhi Bayramov
Lökbatan OİK stadionu, 14:30


Digər xəbərlər

Xəbər xətti