"Araz Naxçıvan"ın ÇL oyunlarının başlama saatı açıqlandı

15:00 19 Oktyabr 2022

Futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsinin 5-ci qrupunda yer alan “Araz Naxçıvan”ın oyunlarının başlama saatı açıqlanıb.

Sportarena.az xəbər verir ki, təmsilçimiz ilk 2 oyununu 19:30-da, son matçını isə 22:00-da keçirəcək. Artıq ilk iki oyunu idarə edəcək hakimlər də müəyyənləşib.

Bu qrupun oyunları oktyabrın 26-dan 29-dək Bosniya və Herseqovinanın Mostar şəhərindəki “Mithad Hujdur Hujka Arena”da keçiriləcək. Yalnız qrup qalibi elit-raunda yüksələcək.

UEFA Çempionlar Liqası
5-ci qrup

Araz Naxçıvan – Orebro (İsveç)
Hakimlər: David Abtequya Urdanoz (İspaniya), Lukas Peska (Slovakiya), Jan Kresta (Çexiya).
Timekeeper: Farik Keco (Bosniya və Herseqovina).
Hakim-inspektor: Boqdan Soresku (Rumıniya).
UEFA nümayəndəsi: Viktor Beceyro (İspaniya).
26 oktyabr. Mostar. Mithad Hujdur Hujka Arena. Saat 19:30.

Loznika Qrad (Serbiya) - Araz Naxçıvan
Hakimlər: Jan Kresta (Çexiya), David Abtequya Urdanoz (İspaniya), Viktor Chaix (Fransa).
Timekeeper: Farik Keco (Bosniya və Herseqovina).
Hakim-inspektor: Boqdan Soresku (Rumıniya).
UEFA nümayəndəsi: Viktor Beceyro (İspaniya).
27 oktyabr. Mostar. Mithad Hujdur Hujka Arena. Saat 19:30.

Mostar (Bosniya və Herseqovina) – Araz Naxçıvan
29 oktyabr. Mostar. Mithad Hujdur Hujka Arena. Saat 22:00


Digər xəbərlər

Xəbər xətti