“Aimchess Rapid” : Şəhriyar Məmmədyarov finala vəsiqə qazandı

00:46 20 Oktyabr 2022

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov “Meltwater Champions Chess Tour” seriyasının səkkizinci mərhələsi olan “Aimchess Rapid” turnirinin final mərhələsinə yüksəlib.

Sportarena.az xəbər verir ki, o, yarımfinalda Riçard Rapportla üz-üzə gəlib. Rəqibini 3,5:2,5 hesabı ilə məğlub edən Ş.Məmmədyarov finala çıxıb.

Şəhriyar Məmmədyarov həlledici mərhələdə norveçli dünya çempionu Maqnus Karlseni 3:1 hesabı ilə məğlub edən polşalı Yan Kşiştof-Duda ilə qarşılaşacaq. 


Digər xəbərlər

Xəbər xətti