"Araz Naxçıvan"ın "Kayrat"la 2-ci oyunu ləğv edildi

11:53 22 Oktyabr 2022

Futzal üzrə Azərbaycan çempionu “Araz-Naxçıvan"ın Qazaxıstan “Kayrat”ı ilə keçirməli olduğu 2-ci yoldaşlıq oyunu ləğv olunub.

Sportarena.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının rəsmi saytı məlumat yayıb. Bu qərar hər iki komandanın baş məşqçisinin istəyi ilə qəbul edilib. Belə qərara səbəb isə dünən keçirilmiş matçda Naxçıvan təmsilçisinin bir neçə futzalçısının zədələnməsidir.

“Araz-Naxçıvan”ın heyətində Katatau və Andreu Varqas zədələnərək görüşü sona qədər davam etdirə bilməyiblər. Ölkə çempionu buna qədər Sineseni də analoji səbəbdən itirmişdi.

Qeyd edək ki, sözügedən görüş oktyabrın 22-nə nəzərdə tutulmuşdu. Dünən isə "Araz Naxıvan" yoxlama matçında "Kayrat"a 3:8 hesabı ilə uduzub. 


Digər xəbərlər

Xəbər xətti