Bakıda keçiriləcək güləş üzrə Dünya Kubokunun medalları hazırdır - FOTO

12:30 22 Oktyabr 2022

Azərbaycanda ilk dəfə keçiriıəcək yunan-Roma güləşi üzrə Dünya Kuboku üçün sifariş edilmiş medallar hazırdır. Sportarena.az xəbər verir ki, qızıl, gümüş və bürünc medalların ön tərəfində Bakının rəmzlərindən sayılan Qız Qalası əks olunduğu yarışın loqosu həkk edilib.
 
Digər üzündə isə Dünya Güləş Birliyinin (UWW) loqosu var. Medalların yaşıl rəngli lenti də yarışa özəl olaraq işlənilib.
 
5-6 noyabrda keçiriləcək Dünya Kubokunda 6 komanda A (Türkiyə, İran, Qırğızıstan) və B (Azərbaycan, Serbiya, Dünya yığması) qrupunda yer alıb. Qrupların ikinciləri bürünc medal uğrunda mübarizə aparacaq. Qrup qalibləri isə finalda kubok və qızıl medal üçün güləşəcək. 



Digər xəbərlər

Xəbər xətti