Daha 4 cüdoçumuz Böyük Dəbilqədə mübarizəyə başlayır

12:42 22 Oktyabr 2022

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidəki cüdo üzrə Böyük Dəbilqə turniri dacam edir.

Bu gün Azərbaycanın daha dörd cüdoçusu yarışda mübarizəyə başlayacaq. Nurlan Osmanov (73 kq) 1/16 final mərhələsində Bilal Çiloğlu (Türkiyə) ilə, eyni çəkidəki Vüsal Qələndərzadə 1/32 finalda Adil Osmanovla (Moldova) üz-üzə gələcək.

Elcan Hacıyev (81 kq) 1/16 finalda Laçlan Morhed (Böyük Britaniya) / Mohab Elhanas (Kanada) cütünün qalibi ilə görüşəcək. Bu çəkidəki Zelim Tçkayev eyni raundda Cavad Sardidinin (Səudiyyə Ərəbistanı) müqavimətini qırmağa çalışacaq.

Qeyd edək ki, Azərbaycan Böyük Dəbilqədə 13 idmançı ilə təmsil olunur. Yarışa oktyabrın 23-də yekun vurulacaq. Daha əvvəl 60 kq çəki dərəcəsindəki Balabəy Ağayev bürünc medal qazanıb. 


Xəbər xətti