UEFA Rusiyaya təzminat ödədi

17:02 22 Oktyabr 2022

UEFA 2021/22 mövsümündə Çempionlar Liqasının final oyununun yerinin dəyişdirilməsinə görə Rusiyaya təzminat ödəyib. Bu barədə matçın hazırlıq üzrə Təşkilat Komitəsinin baş direktoru Aleksey Sorokin məlumat verib.
 
O, Avropa futbol qurumundan xərclərə görə kompensasiya alındığını bildirib. Sorokin təzminatın bütün podratçılara ödənildiyini vurğulayıb.
 
Xatırladaq ki, UEFA final qarşılaşmasını Ukrayna ilə müharibəyə görə Sankt-Peterburqdakı "Qazprom Arena"dan alıb. Fransanın paytaxtı "Stad de Frans"dakı görüşdə İspaniyanın "Real" komandası İngiltərə "Liverpul"unu məğlub edib - 1:0. 


Digər xəbərlər

Xəbər xətti