Almaniya çempionatı: "Borussiya" darmadağına sevindi

11:43 23 Oktyabr 2022

Almaniya Bundesliqasında 11-ci turun oyunları keçirilir. Sportarena.az xəbər verir ki, bu gün daha 6 qarşılaşma baş tutub.

“Auqsburq” - “Leypsiq” və “Bayer” - “Volfsburq” matçlarında qalib müəyyənləşməyib. Dortmund “Borussiya”sı “Ştutqart”la ev oyununda 5 cavabsız qola sevinib. “Frayburq” doğma meydanda “Verder”i 2 cavabsız qolla məğlub edib. Səfərdə “Hoffenhaym”la qarşılaşan “Bavariya” də turu inamlı qələbə ilə başa vurub. “Borussiya” (Mönhenqladbax) - “Ayntraxt” matçı isə qonaqların qələbəsiylə yekunlaşıb.

Almaniya Bundesliqası
11-ci tur

Auqsburq – Leypsiq 3:3
Qol: Berişa, 34. Demiroviç, 51. Varqas, 64 – A.Silva, 73. Nkunku, 89. N.Ramos, 90.

Bayer – Volfsburq 2:2
Qol: Diabi, 17. Frimponq, 76 – Andrix, 28-öz qapısına. Arnold, 54.

Borussiya (Dortmund) – Ştutqart 5:0
Qol: Bellingem, 2; 53. Sule, 13. Reyna, 44. Mukoko, 72.

Frayburq – Verder 2:0
Qol: Kubler, 56. Qrifo, 80.

Hoffenhaym – Bavariya 0:2
Qol: Musiala, 18. Şupo-Motinq, 38.

Borussiya (Mönhenqladbax) – Ayntraxt 1:3
Qol: Turam, 72 – Lindstrom, 6; 45. Ebimbe, 29. 


Digər xəbərlər

Xəbər xətti