Güləşçimiz dünya çempionatında gümüş medala sahib çıxdı

23:11 23 Oktyabr 2022

Sərbəst güləşçimiz Hacımurad Qadjiyev (74 kq) İspaniyanın Pontevedra şəhərində keçirilən güləş üzrə U-23 dünya çempionatında final matçına çıxıb.

Sportarena.az xəbər verir ki, iranlı Məhəmmədsadiq Firuzpurbandpeylə üz-üzə gələn yığmamızın üzvü gümüş medalla kifayətlənib.

Bundan əvvəl isə yunan-Roma güləşçilərimiz Nihad Quluzadə (55 kq) və Nihat Məmmədli (60 kq) gümüş, Qurban Qurbanov (72 kq) qızıl, sərbəst güləşçilərdən isə Kənan Heybətov (70 kq) və İslam İlyasov (97 kq) bürünc medala sahib çıxıb. Nigar Mirzəzadə (65 kq) gümüş medalla kifayətlənib.  


Xəbər xətti