Almaniya Bundesliqasında 11-ci tur başa çatdı

10:39 24 Oktyabr 2022

Almaniya Bundesliqasında 11-ci tura yekun vurulub. Sportarena.az xəbər verir ki, sonuncu oyun günündə 2 qarşılaşma baş tutub.

“Bohum”un qonağı olan lider “Union Berlin” turu məğlubiyyətlə başa vurub - 2:1. “Herta” - “Şalke” matçında da meydan sahibləri eyni hesabla qələbə qazanıblar.

11 turdan sonra 23 xalı olan “Union Berlin” hələ də vahid liderdir. “Bayern” 22 xalla 2-ci, “Frayburq” 21 xalla 3-cüdür. 20 xalı olan “Ayntraxt” 4-cü, Dortmund “Borussiya”sı 19 xalla 5-ci pillədə qərarlaşıb. 


Xəbər xətti