"Araz-Naxçıvan" Çempionlar Liqasına məğlubiyyətlə başladı

11:58 27 Oktyabr 2022

Futzal üzrə Azərbaycan çempionu “Araz Naxçıvan” UEFA Çempionlar Liqasının əsas mərhələsində ilk matçına çıxıb. Bosniya və Herseqovinanın Mostar şəhərində təşkil olunan 5-ci qrupun oyununda rəqib “Orebro” olub.

Təmsilçimiz səfərə zədədli futzalçılarla yollanmışdı. Ramiz Çovdarov, Snesio, Katatau və Anderu ancaq həkimin yardımından sonra oyuna çıxıblar. İsveç çempionu cari mövsümə ilkin mərhələdən başlamış, hər 3 oyunda qələbə qazanaraq qrup qalibi kimi əsas mərhələdə oynamaq hüququ qazanmışdı. Onların da heyəti əsasən cənubi amerikalılardan qurulmuşdu.

Bütövlükdə 7 qolun qeydə alındığı bu matç Azərbaycan çempionu üçün uğursuz alınıb. “Araz Naxçıvan” meydanı məğlubiyyətlə tərk edib.

Təmsilçimiz qrupda növbəti oyununu oktyabrın 27-də Serbiyanın “Loznika Qrad-2018” komandasına qarşı keçirəcək. Matç Bakı vaxtı ilə saat 19:30-da start götürəcək.

UEFA Çempionlar Liqası
5-ci qrup

Araz Naxçıvan – Orebro 2:5
Qollar: Vitinyo, 25:01. Ramiz Çovdarov, 34:08 - Senad Barişa, 18:31. Henrik Rodriges, 23:50. Yoze Adalberto, 25:15-pen. Dias Alves, 36:30; 38:38.
Hakimlər: David Abtequya Urdanoz (İspaniya), Lukas Peska (Slovakiya), Jan Kresta (Çexiya).
Mostar. Mithad Hujdur Hujka Arena. Saat 19:30.


Digər xəbərlər

Xəbər xətti