"Bavariya"nın futbolçusu sürücülük hüququndan məhrum edilib

10:39 2 Noyabr 2022

Almaniya "Bavariya"sının futbolçusu Benjamen Pavar sürücülük hüququndan məhrum edilib.

Buna fransalı müdafiəçinin sərxoş halda avtomobil idarə etməsi səbəb olub.

Bundan sonra klub da futbolçunu cərimələyib. Münhen təmsilçisinin idman direktoru Hasan Salihamidziç məbləği açıqlamasa da, bunun 5 rəqəmli ədədlə ifadə olunduğunu bildirib.

Qeyd edək ki, Fransa millisinin də üzvü olan Benjamen Pavar 2019-cu ildən "Bavariya"da çıxış edir. 


Xəbər xətti