Konfrans Liqası: "Qarabağ"ın potensial rəqibləri bəlli oldu

10:48 4 Noyabr 2022

Avropa Liqasında G qrupunu 3-cü pillədə başa vuran "Qarabağ" mübarizəni Avropa Konfrans Liqasında davam etdirəcək.

 

Sportarena.az xəbər verir ki, Ağdam təmsilçisinin bu turnirin pley-off mərhələsindəki potensial rəqibləri müəyyənləşib. Azərbaycan klubu püşkdə səpələnməmişlər səbətində yer alacaq.

 

Püşkatma mərasimi 7 noyabr tarixində, Bakı vaxtilə saat 16:00-da keçiriləcək.

 

Konfrans Liqası
pley-off mərhələsi


Səpələnmişlər
“Anderlext” (Belçika)
“Bazel” (İsveçrə)
“CFR Kluj” (Rumıniya)
“Dnepr-1” (Ukrayna)
“Fiorentina” (İtaliya)
“Gent” (Belçika)
“Lex” (Polşa)
“Partizan” (Serbiya)

Səpələnməmişlər:

AEK (Larnaka, Kipr)
“Budyo-Qlimt” (Norveç)
“Braqa” (Portuqaliya)
“Latsio” (İtaliya)
“Ludoqorets” (Bolqarıstan)
“Qarabağ” (Ağdam, Azərbaycan)
“Şerif” (Moldova)
“Trabzonspor” (Türkiyə)


Digər xəbərlər

Xəbər xətti