"Böyük Dəbilqə": Hidayət Heydərov qızıl medal qazandı

18:57 5 Noyabr 2022

Azərbaycanın cüdoçusu Hidayət Heydərov Bakıda keçirilən Böyük Dəbilqə turnirinin qalibi olub.

73 kq-da yer alan idmançı həlledici görüşdə kanadalı Artur Margelidonı ipponla məğlub edərək qızıl medal qazanıb. O, bundan əvvəlki mərhələlərdə Marçin Kovalski (Polşa), Turpal Cukaev (Finlandiya), Abdulmalik Umaev (Belçika) və Salvador Kases Rokiyə (İspaniya) qalib gəlmişdi. 


Xəbər xətti