Türkiyə çempionatı: "Fənərbaxça" qələbə qazandı, "Başakşehir" heç -heçə etdi

11:42 8 Noyabr 2022

Türkiyə Superliqasında 13-cü tura yekun vurulub.

Sportarena.az xəbər verir ki, sonuncu oyun günündə 2 matç keçirilib. "Fənərbaxça" evdə "Sivasspor"a 1:0 hesabı ilə qalib gəlib. "Hatayspor" - "Başakşehir" görüşü isə 3:3 hesabı ilə başa çatıb.

Qeyd edək ki, turnir cədvəlinə 29 xalla (12 oyun) "Fənərbaxça" başçılıq edir. "Başakşehir" 24 xalla (12 oyun) 2-ci, "Qalatasaray" 24 xalla (12 oyun) 3-cüdür.

7 noyabr

"Fənərbaxça" - "Sivasspor" - 1:0
Qol
:Valensiya, 55-pen
Qırmızı vərəqə: Batşuayi, 48-iki sarı vərəqə ("Fənərbaxça")

"Hatayspor" - "Başakşehir" - 3:3
Qollar
: Yıldırım, 12, Kaabi, 75, Luis, 81  - Traore, 60, Aleksis, 65, Gürler, 90+1


Digər xəbərlər

Xəbər xətti