DÇ-2022: Almaniya millisinin yekun heyəti müəyyənləşdi

18:30 10 Noyabr 2022

Futbol üzrə Almaniya millisinin bu il Qətərdə keçiriləcək dünya çempionatı üçün yekun heyəti açıqlanıb.

Hans-Diter Flik 26 oyunçuya dəvət göndərib. Onların 7-si "Bavariya" klubunda çıxış edir.

Qapıçılar: Manuel Noyer ("Bavariya"), Andre Ter-Ştegen ("Barselona", İspaniya), Kevin Trapp ("Ayntraxt")

Müdafiəçilər: Armel Bella-Koçap ("Sauthempton", İngiltərə), Mattias Ginter, Kristian Günter (hər ikisi "Frayburq"), Tilo Kerer ("Vest Hem", İngiltərə), Lukas Klostermann, David Raum (hər ikisi "Leyptsiq"), Antonio Rüdiger ("Real Madrid", İspaniya), Niko Şlotterbek ("Borussiya" Dortmund)

Yarımmüdafiəçilər: Kərim Adeyemi, Yulian Brandt (hər ikisi "Borussiya" Dortmund), Serj Qnabri, Leon Qoretska, Coşua Kimmix, Camal Musiala, Leroy Sane (hamısı "Bavariya"), Mario Götse ("Ayntraxt"), İlkay Gündoğan ("Mançester Siti", İngiltərə), Kay Haverts ("Çelsi", İngiltərə), Yonas Hofmann ("Borussiya" Mönhenqladbax)

Hücumçular: Niklas Füllkruq ("Verder"), Yussufa Mukoko ("Borussiya" Dortmund), Tomas Müller ("Bavariya")

Qeyd edək ki, DÇ-2022 20 noyabr - 18 dekabrda gerçəkləşəcək. Almaniya yığması E qrupunda İspaniya, Kosta-Rika və Yaponiya ilə mübarizə aparacaq. 


Digər xəbərlər

Xəbər xətti