İtaliya çempionatı: "Yuventus"dan minimal hesablı qələbə

01:00 11 Noyabr 2022

İtaliya A Seriyasında 14-cü tura yekun vurulub. Sportarena.az xəbər verir ki, bu gün daha 2 qarşılaşma baş tutub.

“Yuventus” səfərdə “Verona”nı, “Latsio” isə doğma meydanda “Montsa”nı yeganə qolla məğlub edib.

14 turdan sonra 38 xala malik “Napoli” vahid liderdir. “Latsio” və “Milan”ın 30 xalı varsa, “Yuventus” 28 xalla dördüncü pillədə qərarlaşıb. “İnter”lə “Atalanta” 27, “Roma” 26 xal toplayıb. 


Digər xəbərlər

Xəbər xətti