İspaniya çempionatı: "Real" öz meydanında 2 qolla qalib gəldi

02:22 11 Noyabr 2022

İspaniya La Liqasında 14-cü tura yekun vurulub. Sportarena.az xəbər verir ki, bu gün daha 3 görüş baş tutub.

“Rayo Valyekano” - “Selta” matçında qapılara qol vurulmayıb. “Valensiya” doğma meydanda “Betis”i üç cavabsız qolla məğlub edib. “Real” isə “Kadis” üzərində qələbəyə sevinib - 2:1. 

14 turdan sonra 37 xala malik “Barselona” vahid liderdir. “Real” 35 xalla ikinci, “Real Sosyedad” 26 xalla üçüncüdür. “Atletik”, “Atletiko” və “Betis”in isə 24 xalı var. 


Digər xəbərlər

Xəbər xətti