"Real" 16 yaşlı futbolçu transfer edir

10:03 14 Noyabr 2022

"Real" qışda heyətini argentinalı futbolçu ilə gücləndirməyi planlaşdırır.

Sportarena.az "TMW" portalına istinadən xəbər verir ki, Madrid klubu "Veles Sarsfild"in futbolçusu Canluka Prestianninin transferi üçün qarşı tərəflə danışıqlara başlayıb.

16 yaşlı yarımmüdafiəçinin transfer qiyməti 60 milyon avrodur.

Onun xidmətində Avropanın bir çox iddialı klubları maraqlıdır.

2006-cı il təvəllüd vinger “Veles Sarsfild” yetirməsidir və bu komandanın heyətində artıq iki oyun keçirib.

İddia edilir ki, Argentina klubu qışda futbolçusunu "Real"a satmağa razı olacaq. 


Digər xəbərlər

Xəbər xətti