"Nant" "Qarabağ"a qarşı oyunda baş verənlərə görə cəzalandırıldı

00:51 16 Noyabr 2022

UEFA Fransanın “Nant” klubunu cəzalandırıb. Bu barədə qitə futbol qurumunun rəsmi saytı məlumat yayıb.
 
Buna Liqa 1 təmsilçisinin azarkeşlərinin Avropa Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində Azərbaycan çempionu “Qarabağ”la ev oyunundakı (2:1) hərəkətləri səbəb olub.
 
Klub “Bojuar” stadionunda ictimai keçid yolları bağlanmasına görə 12 min avro, atəşfəşanlığa görə isə 30 min avro cərimələnib. Üstəlik, UEFA İtaliya "Yuventus"una qarşı pley-off matçında tribunaların qismən bağlanmasına qərar verib.
 
Təhlükəsizlik tədbirləri lazımi səviyyədə olmadığı və azarkeşlər tam yoxlanılmadığı üçün də "Nant"a xəbərdarlıq edilib. 


Digər xəbərlər

Xəbər xətti