"Liverpul" 21 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə bağladı

09:14 18 Noyabr 2022

İngiltərənin "Liverpul" klubunda yeni müqavilə imzalanıb.

 

Sportarena.az xəbər verir ki, Mersisayd təmsilçisi Kertis Consla sözləşmənin müddətini uzadıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

 

İngiltərəli yarımmüdafiəçi ilə imzalanan yeni müqavilənin müddəti 2027-ci ilin yayına kimi nəzərdə tutulub.

 

Qeyd edək ki, Kertis Cons "Liverpul"un yetirməsidir. 21 yaşlı mərkəz oyunçusu cari mövsümdə "qırmızılar"ın heyətində 7 rəsmi matçda meydana çıxıb. 


Xəbər xətti