Qətər 12 il ərzində dünya çempionatına 300 milyard dollar xərcləyib

13:55 19 Noyabr 2022

Qətərin 12 il ərzində futbol üzrə dünya çempionatının hazırlığına xərclədiyi məbləğ bəlli olub.

Ölkə mundial üçün 300 milyard ABŞ dolları xərcləyib. Turnirin Qətərdə təşkili 2010-cu ildə təsdiqlənib. Həmin vaxtdan sonra paytaxt Dohada yeni stadionlar, otellər və digər obyektlər tikilib. Təşkilatçılar FIFA-nın yarışdan rekord gəlir əldə edəcəyini düşünür.

Qeyd edək ki, DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək təşkil olunacaq. Açılış matçında Qətər Ekvadorla üz-üzə gələcək. 


Xəbər xətti