İki karateçimiz Cakartada bürünc medal qazandı

00:38 21 Noyabr 2022

Azərbaycan təmsilçiləri İndoneziyanın paytaxtı Cakartada keçirilən Karate1 Seriya A turnirində medal qazanıb. Sportarena.az xəbər verir ki, kişilərin mübarizəsində Ayxan Mamayev (84 kq), qadınların yarışında isə Mədinə Sadıqova (55 kq) fəxri kürsünün 3-cü pilləsinə qalxıb.
 
Renata Ərəbli (61 kq) isə bürünc mükafat şansını əldən verib. İdmançıları kumite üzrə kişilərin baş məşqçisi Qurban Tağıyev müşayiət edib.
 
Xatırladaq ki, mövsümün son Seriya A turnirində 65 ölkədən 661 karateçi iştirak edib. 


Digər xəbərlər

Xəbər xətti