Selçuk İnan Superliqa klubunun baş məşqçisi oldu

09:48 22 Noyabr 2022

Türkiyənin "Kasımpaşa" klubunun yeni baş məşqçisi müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, İstanbul təmsilçisini Selçuk İnan çalışdıracaq. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

 

37 yaşlı mütəxəssislə imzalanan müqavilənin detalları açıqlanmayıb. Sabah məşqçi ictimaiyyətə təqdim olunacaq.

 

Qeyd edək ki, Selçuk İnan 2011-2020-ci illərdə "Qalatasaray"da oynayıb. O, 2020-ci ilin yayından 2022-ci ilin yayına kimi "sarı-qırmızılar"ın baş məşqçisi Fatih Terimin köməkçisi vəzifəsində çalışıb. 


Digər xəbərlər

Xəbər xətti