“Qalatasaray”da daha bir itki

12:16 28 Noyabr 2022

"Qalatasaray"ın daha bir futbolçusu sıradan çıxıb.

Sportarena.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul təmsilçisinin son məşqində Serjio Oliveyra zədələnib. Topuğu burxulan yarımmüdafiəçinin hansı müddətə meydanlardan uzaq qalacağı bu gün dəqiqləşəcək.

Portuqaliyalıdan əvvəl isə Milot Raşitsa, Matias Ross və Emre Taşdemir zədələnmişdi.  


Digər xəbərlər

Xəbər xətti