"Yuventus"un yeni prezidenti müəyyənləşdi

22:03 29 Noyabr 2022

İtaliyanın "Yuventus" klubunun yeni prezidenti bəlli olub.


Sportarena.az xəbər verir ki, Turin təmsilçisinə Canluka Ferrero rəhbərlik edəcək. Bu barədə klubun səhmlərinin sahibi olan "Eksor Holdinq" şirkətindən məlumat verilib.

 

Ferrero 18 yanvar 2023-cü il tarixində keçiriləcək prezident seçkilərinə qədər İtaliya klubuna rəhbərlik edəcək.


Qeyd edək ki, dünən "Yuventus"un prezidenti Andre Anyelli də daxil olmaqla idarə heyəti istefa verib. 


Digər xəbərlər

Xəbər xətti