“İstefa verməkdən qorxmuram” – Mahmud Qurbanov

20:53 3 Dekabr 2022

“Uduzmaq heç kimə xoş deyil. Bura qələbə üçün gəlmişdik. Məğlub olanda oyunçulara daha çox irad bildirmək olur".

 

Sportarena.az xəbər verir ki, bunu "Səbail”in baş məşqçisi Mahmud Qurbanov Premyer Liqanın 16-cı turu çərçivəsində “Qəbələ”yə 1:2 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransında deyib.

 

"Matça pis başlamadıq. Qolu da vurduq. İlk hissədə yaxşı oynadıq. İkinci hissədə uşaq səhvləri etdik. Premyer Liqada oynayan futbolçular belə səhv etməməlidir. Müdafiədən çıxanda etdiyimiz səhv qapımıza ikinci qolla nəticələndi. Hesabı bərabərləşdirmək alınmadı. Reallıq budur ki, məğlub olduq. Hələ ki, yerimizdə sayırıq", - məşqçi əlavə edib.

 

Mahmud Qurbanov istefa verməkdən qorxmadığını bildirib: 

"Bu vəziyyətdən çıxmağa çalışırıq. Məğlubiyyətlər davamlı olanda komandanın içində ab-hava yaxşı olmur. Bir tərəfdən də buna öyrəşməli oluruq. Oyundan qabaq zədəlilərimiz var idi. Ehtiyat oyunçular skamyamız geniş deyil. Oyunu dəyişə biləcək futbolçularımız yoxdur. Qarşıda oyunlarımız var. Dəyişikliklər ola bilər. Bir oyunçuya yox, bütün oyunçulara iradımız var. Uduzmuşuqsa, səhv bizdədir. Məğlubiyyətdə fərd olaraq kimisə günahlandırmaq fikrimiz yoxdur. Həmişə uduzan baş məşqçilər olur.Ən çox səhvlərimiz müdafiədədir. Bu gün də rəqibə qapıya zərbə vurmağa imkan verdik. Olan oyunçularımız budur. Vaxtaşırı futbolçuların yerini dəyişirik. Qışı gözləməliyik. Hər oyunda edilən səhvlər bizə baha başa gəlir. Mən istefa verməkdən qorxmuram. Həyatın hər sürprizinə hazıram. Tək futbolda yox, həyatda da. Komanda məğlub olursa, belə söhbətlər həmişə olacaq. Uduzmağı xoşlamıram. İstəyirəm ki, futbolçular da bunu dərk etsin. Məni ən çox narahat edən budur. Nə olacaqsa, klub rəhbərliyi qərar verəcək”.


Digər xəbərlər

Xəbər xətti