“Layiqli qələbə qazandıq” – Elmar Baxşıyev

21:32 3 Dekabr 2022

Maraqlı qarşılaşma alındı. Hər iki komanda dinamik oynamağa çalışdı. Hava şəraiti ilk dəqiqələrdən çətinlik yaratsa da, sonradan hər iki tərəfə zövq verdi".

 

Sportarena.az xəbər verir ki, bunu "Qəbələ"nin məşqçisi Elmar Baxşıyev "Səbail"i 2:1 hesabı ilə məğlub etdikləri oyundan sonra mətbuat konfransında deyib.

 

"Komanda şəklində hücumda daha çox olmağı planlaşdırırdıq. Bunun öhdəsindən gəldik. Komandanı təbrik edirəm. Layiqli qələbə qazandıq. Rəqib təzyiq göstərirdi və müdafiəyə çəkilməyimiz bunun nəticəsidir. Planımızda nə var idisə, onu da meydanda gördüm”, - Elmar Baxşıyev əlavə edib.

 

Məşqçi Azərbaycan kubokunda “Qarabağ”la qarşılaşacaqları matç barədə də danışıb: “Rəqibdən asılı olmayaraq hər oyun ağırdır. Düşünürəm ki, daha yaxşı hazırlaşacaq və mübarizə aparmağa çalışacağıq. Görüşlərə düzgün yanaşmaq və layiqli müqavimət göstərmək istəyirik”. 

 


Digər xəbərlər

Xəbər xətti