“Günahı özümüzdə axtarmalıyıq” - Murad Musayev

21:43 3 Dekabr 2022

Demək olar ki, rəqibdən üstün idik. Çox təəssüf ki, qalib gələ bilmədik. Biz tam üstün idik. Günahı özümüzdə də axtarmalıyıq. İkinci hissə nəzarətimizdə keçdi. Komandaya təşəkkür edirəm. Belə oyunlarda 3 xal qazanmalıyıq.

 

Sportarena.az xəbər verir ki, bunu "Sabah"ın məşqçisi "Şamaxı" ilə heç-heçə etdikləri oyundan sonra mətbuat konfransında deyib.

 

"Oyun epizodunda alınan qırmızı vərəqəyə görə azlıqda qaldıq. Onun ucbatından biz 3 xal itirdik. Çoxlu qələbələr seriyası qazanandan sonra peşəkarlıq ortaya çıxır. Avrokuboklarda oynamaq istəyiriksə, peşəkar olmalıyıq. Bu oyunda səhvlər etdik", - Murad Musayev əlavə edib.

Aleksey İsayev barədə isə məşqçi bunları deyib: "Zədələnən Aleksey İsayev barədə heç nə deyə bilmərəm. Tibbi müayinədən sonra hər şey aydın olacaq”.


Digər xəbərlər

Xəbər xətti