Azərbaycan Premyer Liqası: "Zirə" və "Sumqayıt" qalib gəldi -YENİLƏNİB

18:55 4 Dekabr 2022

Bu gün Azərbaycan Premyer Liqasında XVI tura yekun vurulacaq.

 

Sportarena.az xəbər verir ki, APL-nin XVI turunun son oyun günündə iki matç oynanılıb.

 

Günün ilk oyununda "Sumqayıt" "Kəpəz"in qonağı olub. "Sumqayıt" Gəncə klubunu minimal hesabla məğlub etməyi bacarıb.

 

Turun son oyununda isə “Zirə” “Turan Tovuz”u qonaq edib. Ev sahibi komanda rəqibini 2:1 hesabı ilə məğlub edib.

 

 

“Kəpəz” 0:1 “Sumqayıt” (yekun)

V. Hüseynov 89 (0:1)

 

Hakimlər: Tural Qurbanov, Cavanşir Yusifov, Rəhman İmami, Emin Əliyev

Hakim-inspektor: Babək Quliyev

 

“Zirə” 2:1 “Turan Tovuz” (yekun)

Filipe Paxtman 74 (1:0)

Hamidu Keyta 84 (2:0)

Ayxan Hüseynov 86 (2:1)

 

Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Zeynal Zeynalov, Əli Əliyev

Hakim-inspektor: Ramil Diniyev


Xəbər xətti